Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Leyla və Arzu Əliyevalar RAK İncəsənət Fondunda -FOTOLAR

leyla-ve-arzu-eliyevalar-rak-incesenet-fondunda

Bəhreyn Krallığına səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunu ziyarət ediblər.

Yenixeber.org: RAK İncəsənət Fondu  müxtəlif sənət sərgilərindən əldə olunan, ayrı-ayrı nəsilləri və incəsənət məktəblərini təmsil edən bəhreynli rəssamların əsərlərinin ən seçmə nümunələrini təqdim edir.

Qeyri-kommersiya təşkilatı olan RAK rəssamların dünya miqyasındakı rolunu gücləndirir və müxtəlif sərgilər, tədbirlər və əməkdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq tərəfdaşlıqlara töhfə verir. Fondun fəaliyyətinin məqsədi incəsənət təmsilçilərini bir araya gətirmək, ictimaiyyəti maarifləndirmək, tənqidi mühakimə yürütmək və sosial dialoq üçün platforma təmin etməkdir.

RAK İncəsənət Fonduna səfər zamanı burada təqdim edilən dünyaşöhrətli rəssamların əsərlərindən ibarət ekspozisiya ilə tanışlıq da olub.

RAK İncəsənət Fondunun rəssamlarının əsərləri Azərbaycan izləyicilərinə ötən il Bakıda açılan sərgidə təqdim edilmişdi. Həmçinin Heydər Əliyev Mərkəzində RAK İncəsənət Fondunun təsisçisi və görkəmli bəhreynli rəssam Raşid Al Xalifanın sərgisi təşkil olunmuşdu.

Qeyd edək ki, Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə, o cümlədən incəsənət sahəsində səmərəli əməkdaşlıq qurulub. Ümumbəşəri sənət dili sayılan incəsənət xalqlar arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin qurulmasına mühüm töhfədir. Mədəni sahədə əlaqələr ölkələrimiz arasında gələcək tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə zəmin yaradır.









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam