Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb

 

ABŞ Ukraynanın enerji infrastrukturunun bərpasına dəstəyi dayandırıb.

Yenixeber.org xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti yanında fəaliyyət göstərən ABŞ Beynəlxalq İnkişaf Agentliyindəki (USAID) mənbələr bildirib.

Mənbələrin bildirdiyinə görə, Dövlət Departamenti Rusiyanın zərbələrindən sonra Ukraynanın enerji sisteminin işini bərpa etmək üçün yüz milyonlarla dollar vəsaitin ayrıldığı USAID proqramını dayandırıb.

“Bu, administrasiyanın atəşkəslə bağlı danışıqlar aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə sarsıdır və Rusiyaya açıq siqnal göndərir ki, Ukrayna və ya əvvəlki sərmayələrimizin aqibəti bizi maraqlandırmır”, - mənbələr deyib.

Onlar qeyd ediblər ki, Rusiya Ukraynada həm hərbi, həm də iqtisadi müharibə aparır.

“USAID-in Ukraynadan çıxması Ukraynanın enerji sistemini qışın şaxtasında Rusiyanın raket hücumlarına qarşı həssas edəcək”, - mənbələr bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam