Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Zəngəzur Milli Parkında 5 bəbir görüntülənib-FOTO

 

Zəngəzur Milli Parkında 5 bəbir görüntülənib.

Yenixeber.org xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan 5 bəbirin görüntüsü paylaşılıb.

Paylaşımda deyilir:

"Məlumat verdiyimiz kimi, biz 2007-ci ildən başlayaraq ölkəmizdə foto və videotələlər vasitəsilə Bəbir (Panthera pardus) və onun qida obyektlərinin, rəqib növlərin monitorinqini aparırıq. İlk dəfədir ki, kameralarımıza 5 bəbir bir yerdə düşür. Onun dördünü yaxşı tanıyırsız - adını sizinlə birlikdə Banu qoyduğumuz ana bəbir və yanında 3 balasıdır. Beşinci fərd isə qonşu dövlətləri də gəzib gələn SC_026 kodlu bir erkəkdir".

Qeyd edək ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İB ilə birgə həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam