Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik

 

Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir və bu prosesə töhfə verməyə hazırdır.

Yenixeber.org xəbər verir ki, bunu ölkə Prezidenti Mixail Kavelaşvili Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı bildirib.

O, Azərbaycan nümayəndə heyətini Orbeliani sarayında qəbul edib.

Görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Ölkələrin müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.

M.Kavelaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam