Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycan Mətbuat Şurası -22 il

 

Mətbuat Şurasının yaranmasından 22 il ötür. 2003-cü ilin bu günündə ölkə jurnalistlərinin I qurultayında təsis edilmiş Şura ötən müddətdə missiya və səlahiyyətlərinə uyğun olaraq, Azərbaycanda media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində aktiv fəaliyyət göstərib.

Yenixeber.org: Qurum qabaqcıl xarici təcrübənin öyrənilib tətbiqində yaxından iştirak edib, müxtəlif qanunvericilik təşəbbüslərinin irəli sürülməsinə əməli dəstəyini göstərib.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Müstəqil Mətbuat Şuraları Alyansının üzvü olan Mətbuat Şurası həm mövcud platformalarda ölkəmizi təmsil edib, həm də digər müstəvilərdə beynəlxalq əməkdaşlığa üstünlük verərək nüfuz, inam və etimad qazanıb.

Mətbuat Şurasının İdarə Heyətində ölkəmizin tanınmış media və ictimaiyyət nümayəndələri təmsil olunub və olunmaqdadırlar. Onlar bu gün də Şuranın işində aktiv rol oynayır, media peşəkarlığının qorunması istiqamətində yorulmaz fəaliyyət göstərir, milli mətbuatımızın şanlı ənələrinə sadiqlik ruhunu aşılayırlar.

Mətbuat Şurasının yaranmasına və inkişafına, medianın özünütənzimləmə modeli kimi Azərbaycan cəmiyyətində özünə layiqli yer tutmasına, beynəlxalq media cameəsində populyarlaşmasına əmək sərf edənlərin hər birinə Şuranın 22 illiyi münasibəti ilə təbriklərimizi çatdırır, onlara uğurlar və müvəffəqiyyətlər arzulayırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam