Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon İlham Əliyevə zəng ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.

Yenixeber.org: Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumatı yayıb.

Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.

Vladimir Putin dövlətimizin başçısını İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam