Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Çin XİN: Pekin ABŞ ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa hazırdır


Pekin Vaşinqtonla bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığa hazırdır.

Yenixeber.org xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Pekində ABŞ-Çin münasibətləri üzrə Milli Komitənin Direktorlar Şurasının icraçı sədr müavini Evan Qrinberqlə görüşündə bildirib.

"Çin ABŞ ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoq və danışıqlar aparmağa hazırdır, məqsəd hər iki ölkənin əsaslı narahatlıqlarını aradan qaldırmaqdır", - o bildirib.

Nazir hesab edir ki, Çin-ABŞ münasibətləri inkişafın əhəmiyyətli mərhələsindədir. "Hər iki tərəf iki dövlətin liderlərinin mühüm konsensus və baxışlarını rəhbər tutmalı, mübadilələri gücləndirməli, qarşılıqlı anlaşmanı yaxşılaşdırmalı və fikir ayrılıqlarını aradan qaldırmalıdır", - o qeyd edib.

Van İ hesab edir ki, böyük maraqlara və əməkdaşlıq üçün geniş məkana malik olan Çin və ABŞ uğur qazana və dünyaya fayda verə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam