Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ştaynmayer: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün şərtlər yerinə yetiriləndir

 

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer hesab edir ki, Azərbaycan və Ermənistana qarşılıqlı etimadın bərpası üçün vaxt lazım olacaq.

Yenixeber.org-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən Almaniya Prezidenti bildirib.

"Qarşılıqlı etimadı bərpa etmək üçün vaxt və səy lazımdır. Bu, çox uzun bir prosesdir. Ölkələrə və xalqlara hələ çox vaxt lazım olacaq. Barışıq üçün zaman lazımdır və onu əldən verməməliyik", - F.Ştaynmayer qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin qurulmasında ilk addım sülh sazişinin imzalanması ola bilər: "Düşünürəm ki, sülh sazişinin imzalanması üçün söylənilən şərtlər yerinə yetiriləndir. Hər iki tərəf razılığa gələcək, Ermənistan və Azərbaycan arasında sülh prosesinin qarşısındakı maneələr aradan qaldırılacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam