Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Dünyanın ən güclü pasportları -Azərbaycan bu yeri tutdu

 

2025-ci ilin "Nomad Passport Index" reytinqi açıqlanıb.

Yenixeber.org-un məlumatına görə, reytinq dünyadakı 199 ölkənin pasportlarını beş əsas meyara əsaslanaraq qiymətləndirir: səyahət asanlığı, vergi siyasəti, qlobal qəbul, ikili vətəndaşlıq əldə etmə imkanı və şəxsi azadlıqlar.

Hər il yayımlanan bu siyahı insanlar üçün dünya üzərində həyat, iş və istirahət imkanları təqdim edən ölkələri müəyyən edir.

İrlandiya 2025-ci ildə ilk dəfə liderliyə yüksəlib. Ölkə beynəlxalq nüfuzu, biznes üçün əlverişli vergi siyasəti və vətəndaşlıq məsələlərindəki çevikliyi ilə üstünlük qazanıb. Siyahının ilk beşliyinə daxil olan digər ölkələr isə İsveçrə, Yunanıstan, Portuqaliya və Malta olub. 2023-cü ildə lider olan BƏƏ isə yeni vergi siyasətləri səbəbindən onuncu yerə düşüb.

Siyahının ən zəif pasportlarına sahib ölkələr isə Pakistan, İraq, Eritreya, Yəmən və Əfqanıstandır.

Azərbaycan isə Lesoto, Filippin və Belarusla birgə 125-ci yerdəri.

Bu reytinq, pasport sahiblərinin dünya miqyasında hərəkət azadlığını və müxtəlif ölkələrdə yaşamaq, işləmək imkanlarını qiymətləndirir. Reytinqin əsas xüsusiyyətləri, pasportların gücü və etibarlılığına dair əhəmiyyətli məlumatlar təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam