Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Bakı Metrosunda yüksək vəzifəyə TƏYİNAT

 

“Bakı Metropoliteni” QSC-də yeni təyinat olub.

Yenixeber.org-un məlumatına görə, Cəmilə Hidayət qızı Xəlilova “Bakı Metropoliteni” QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cəmilə Xəlilova 1984-cü ildə anadan olub. 2000-2005-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2005-2007-ci illərdə isə magistr dərəcəsi alıb. 2019-2024-cü illərdə təhsilini Böyük Britaniyanın “Chartered Institute of Professional Development”də (CIPD) davam etdirib və strateji insan resursları sahəsində iki diplom əldə edib.

2005-2017-ci illərdə bir sıra şirkətlərdə hüquq və insan resursları sahəsində müxtəlif vəzifələri icra edib, 2017-2023-cü illərdə “Nobel Energy” şirkətlər qrupuna daxil olan “Prokon EPC” şirkətində İnsan resursları departamentinin direktoru, 2023-cü ildən etibarən “SOCAR AQS” MMC-nin İnsan kapitalı şöbəsinin meneceri vəzifəsində çalışıb.

Hazırda “Selinus University of Sciences”də insan idarəedilməsi sahəsi üzrə doktorantura təhsili alır və CİPD İnstitutunun “Fellow Chartered” üzvüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam