Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Uşağın doğulmasına görə müavinətlə bağlı iddialara -RƏSMİ CAVAB

 

"Bəzi sosial şəbəkə səhifələrində vətəndaşa uşağın anadan olmasına görə müavinət təyinatına dair guya saxta SMS göndərilməsi ilə bağlı paylaşılan məlumatlar doğru deyil".

Yenixeber.org xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

"Həmin SMS-lər İbrahimov Əli Nəbi oğluna göndərilib. Belə ki, o, 2022-ci ildə və 2024-cü ildə doğulan övladlarının hər ikisinə bu ilin mart ayında doğum haqqında şəhadətnamə alıb.

Bundan sonra e-qaydada ona hər iki uşağın doğulmasına görə müavinət (həmin müavinət 2022-ci ildə 300 manat, 2024-cü ildə 500 manat olub) təyin olunub.

Lakin Ə.İbrahimovun adına olan telefon nömrəsini başqa şəxs istifadə etdiyi üçün SMS-i da o oxuyub və mesajın saxta olduğunu düşünərək ictimailəşdirib.

Qeyd edilən müavinət uşağa doğum haqqında şəhadətnamə alındığı anda e-qaydada proaktiv təyin edilərək valideynlərdən birinin adına olan mobil nömrəyə bu barədə bildiriş göndərilir", - deyə qurum rəsmisi qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam