Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Marin Le Pen məhkəmə qərarından sonra departamentdəki vəzifəsindən uzaqlaşdırılacaq

Fransanın "Milli Birlik" partiyasının fraksiya lideri Marin Le Pen deputat olduğu Pa-de-Kale departamentinin müşaviri vəzifəsindən uzaqlaşdırılacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə prefekturanın bəyanatında bildirilib.

Məlumata görə, bu, fraksiya lideri barəsində Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi ilə bağlı məhkəmə hökmünə əsasən baş tutacaq.

Ötən həftə elan edilən hökm Le Penə dövlət orqanlarında işləməyi qadağan edir və dərhal qüvvəyə minir. Fransa qanunvericiliyinə görə, bu, milli mandatlara aid deyil, buna görə də Le Pen növbəti seçkilərə qədər parlamentdəki deputat kürsüsünü saxlayacaq. Eyni zamanda, o, artıq digər seçkili vəzifələri tutmaq hüququna malik deyil.

"Pa-de-Kale prefekturası Marin Le Penin departamentin müşaviri vəzifəsindən uzaqlaşdırılması prosedurunu tamamlayır", - “France Presse” bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam