Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

ABŞ-ın bu səfiri istefa verdi -YENİLƏNDİ

ABŞ-ın Ukraynadakı səfiri Bridjit Brink

ABŞ-ın Ukraynadakı səfiri Bridjit Brink yaxın həftələrdə istefa verərək diplomatik xidmətdən ayrılmağı planlaşdırır.

Yenixeber.org: Bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, hazırkı səfirin istefası Prezident Donald Trampın administrasiyası dövründə Kiyev və Vaşinqton arasında münasibətlərə əlavə qeyri-müəyyənlik gətirəcək.

Brink vəzifəsini öz istəyi ilə tərk edəcək.

***

ABŞ-nin Ukraynadakı səfiri Bridjit Brink istefa verib.

ABŞ Dövlət Departamenti gözlənilən istefasını təsdiqləyib.

Müvafiq bəyanatı jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus verib.

Brinkin Kiyevdəki Amerika diplomatik missiyasının rəhbəri vəzifəsindən gözlənilən istefasını təsdiqləmək üçün Bryus, “Bəli, o evə qayıdır. O, əla iş gördü və biz ona ən yaxşısını arzulayırıq”, - deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam