Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Gürcüstan Prezidenti Bakıda bu məsələləri müzakirə edəcək -AÇIQLAMA

Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində - FOTO
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfəri çərçivəsində Baş nazir Əli Əsədovla görüşü zamanı müzakirə etdiyi məsələləri açıqlayıb.

Yenixeber.org: Kavelaşvili görüş zamanı X platformasında paylaşımında qeyd edib ki, məhsuldar keçən görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin əsas istiqamətləri, regional layihələr, bölgədə sülh və sabitliyin təmin olunmasına dair müzakirələr aparılıb.

“Biz ölkələrimizin strateji tərəfdaşlığının əsas istiqamətlərini və çoxtərəfli formatlar da daxil olmaqla müxtəlif sahələrdə uğurlu əməkdaşlığı müzakirə etdik, birgə regional layihələrin inkişaf etdirilməsi və ticari-iqtisadi əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğuladıq. Həmçinin regionda sülh və sabitliyin kritik rolunu qeyd etdim və Azərbaycana Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaq dəstəyinə görə minnətdarlığımı bildirdim”, - Kavelaşvili qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam