Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nazir yeni tədris ili üzrə I sinfə şagird qəbulunun aparılması barədə əmr imzalayıb

 

Elm və təhsil naziri Emin Əmrullayev 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə əmr imzalayıb.

Yenixeber.org məlumatına görə, birinci sinfə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.

Onlayn qeydiyyat mayın 1-dən, məktəb seçimi prosesinə Azərbaycan bölməsi üzrə mayın 6-dan başlanılacaq.

Qeyd olunub ki, yeni tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil ediləcək.

Həmçinin şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr keçiriləcək, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarlar təsdiq ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam