Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

“Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti tədbiri Qəbələdə keçirildi

 “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti tədbiri Qəbələdə keçirildi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən həyata keçirilən “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti tədbiri Qəbələ rayonu Bum qəsəbəsində, Təbriz Yaqubov adına tam orta məktəbdə baş tutub. Üç ay davam edən layihənin rəhbəri Büllur Məmmədovadır.

Layihə gənclər arasında narkotik vasitələrin istifadəsinin artması ilə bağlı narahatlıqları diqqətə çatdıraraq, onların yaratdığı fiziki, psixoloji və sosial təhlükələr barədə maarifləndirmə aparmağı hədəfləyir. Tədbirlər çərçivəsində gənclərə narkotiklərdən uzaq durmağın yolları, sağlam həyat tərzinin üstünlükləri və bu istiqamətdə atıla biləcək düzgün addımlar barədə ətraflı məlumat verilir.

Mütəxəssislərin fikrincə, narkotiklərə meyilliliyin əsas səbəblərindən biri də gənclərin asudə vaxtlarını səmərəli və faydalı keçirmək imkanlarının məhdud olmasıdır. Məhz bu səbəbdən layihə çərçivəsində müxtəlif mədəni və yaradıcılıq yönümlü tədbirlər təşkil edilir, iştirakçılara yeni hobbilər və yaradıcı fəaliyyətlər təqdim olunur. Bu yanaşma gənclərin yalnız əyləncə ilə deyil, həm də fərdi inkişaf və yaradıcılıq potensiallarının üzə çıxarılması ilə məşğul olmalarına şərait yaradır.

Layihənin əsas məqsədi gənclər arasında narkotiklərin yayılmasının qarşısını almaq, onları bu təhlükədən qorumaq üçün mədəni-maarifləndirici tədbirlərlə sağlam və dəstəkləyici sosial mühitin formalaşdırılmasına töhfə verməkdir. Bu məqsədlə seminarlar, yaradıcılıq emalatxanaları və interaktiv görüşlər təşkil olunur, gənclərin psixoloji dayanıqlığının artırılması və sağlam həyat tərzinin təşviqi diqqət mərkəzində saxlanılır.

Təşəbbüs, gənclərin narkotiklərdən uzaq durmasını təşviq etməklə yanaşı, onların cəmiyyətə daha fəal və sağlam şəkildə inteqrasiyasına şərait yaradır.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam