Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub

 

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.

Yenixeber.org xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Çin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olundu.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam