Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Paşinyan: Ermənistan sərhəd boyunca öz sərhədçilərinin iştirakını artırmaq niyyətindədir

 

Ermənistan ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca öz sərhədçilərinin iştirakını artırmağı planlaşdırır.

Yenixeber.org xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sərhədçilər Gününə həsr olunmuş tədbirdə bildirib.

"Bizim siyasətimiz Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca sərhədçilərin mövcudluğunu daha da artırmaqdır. Bu, davamlı və institusional sülhə, sabitliyə doğru gedən yolda vacib aralıq addımdır", - N.Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistan dörd dövlətlə quru sərhədlərinə (Azərbaycan, Türkiyə, İran, Gürcüstan) malikdir. Erməni sərhədçiləri Ermənistan-Gürcüstan və şərti Ermənistan-Azərbaycan sərhədini qoruyurlar. Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədini isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən xüsusi idarəsinin dörd sərhəd dəstəsi qoruyur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam