Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Səfirliyimizə hücum edən şəxsdən YENİ XƏBƏR:...edamına hazırlıqlar tamamlanıb

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlanıb
Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumun icraçısına qarşı çıxarılmış qisas (edam) hökmünün icrası üçün bütün zəruri hazırlıqlar tamamlanıb.
Yenixeber.org: Bu barədə İran İslam Respublikasının Ədliyyə Orqanı məlumat yayıb.

Ədliyyə Orqanının rəsmi açıqlamasında qeyd olunmuşdur ki, səfirliyə edilən hücum hadisəsi dərhal araşdırılmış, müvafiq cinayət işi açılmış, hüquqi prosedurlar sürətlə həyata keçirilmiş və nəticə olaraq, məhkəmə tərəfindən təqsirkar şəxsə qisas cəzası (edam hökmü) verilib.
Açıqlamada vurğulanır ki, məhkəmə prosesi çərçivəsində hadisə nəticəsində həlak olan şəxsin və onun ailəsinin hüquqları diqqətlə qorunmuş, onların haqlı tələbləri nəzərə alınıb.

Ədliyyə nümayəndələri onu da bildiriblər ki, Azərbaycan Respublikasının səfirliyinin təhlükəsizliyinin təmin olunması istiqamətində İran tərəfindən əlavə tədbirlər görülmüş və bu kimi hadisələrin təkrarlanmasının qarşısının alınması üçün zəruri addımlar atılıb.

İran tərəfi bir daha bəyan etmişdir ki, Azərbaycan Respublikasının səfirlik əməkdaşlarının təhlükəsizliyi İran İslam Respublikası üçün prioritet məsələ olaraq qalır və bütün mümkün vasitələrlə qorunacaqdır.("IRNA")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam