Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Tramp Papa kimi geyinmiş şəklini paylaşdı- FOTO

 

ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində Papa kimi geyinmiş şəklini yerləşdirib. Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın respublikaçı senatoru Lindsey Graham Trampın növbəti Papa ola biləcəyini bildirib.

Yenixeber.org xəbər verir ki, Tramp Ağ Ev qarşısında jurnalistlərə Katolik Kilsəsinin növbəti rəhbəri olmaq istədiyini söyləyib və "bu mənim bir nömrəli seçimim olardı" deyib.

Daha sonra siyasətçi zarafat etdiyini açıqlayıb. “Növbəti pontifik kimi kimi görürsünüz” sualına Tramp heç bir namizədə üstünlük vermədiyini, lakin Nyu York arxiyepiskopu Timoti Dolanın adını çəkərək “onun çox yaxşı” olduğunu deyib.

Amma sözügedən din xadimi Nyu Cersi arxiyepiskopu kardinal Cozef Tobindən fərqli olaraq papa taxtına namizədlər siyahısında deyil. İndiyədək pontifiklər arasında bir dənə də olsun ABŞ vətəndaşı olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam