Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Əli Əsədov: Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

 

Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə keçirilən geniş tərkibdə görüş əsnasında bildirib.

Azərbaycanın Baş naziri deyib: “Bu gün qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələlərinə dair çox konstruktiv və ətraflı müzakirələr apardıq. Hökumət xətti ilə dövlət başçılarının razılaşmaları və tapşırıqlarının həyata keçirilməsi üzrə birgə səyləri artırmaq barədə razılıq əldə etdik. Bu gün prezidentlər İlham Heydər oğlu Əliyev və Aleksandr Qriqoryeviç Lukaşenkonun birgə səyləri ilə Azərbaycan-Belarus tərəfdaşlığı bütün istiqamətlər üzrə inkişaf edir və hərtərəfli xarakter daşıyır.

Qarşılıqlı səfərlər və yüksək səviyyədə görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər səmərəli birgə fəaliyyətə daha çox kömək edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam