Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Mertz Rusiyanı hədələdi:30 günlük atəşkəs təklifini rədd edərsə...

Mertz Rusiyanı sanksiyalarla hədələyib
Almaniyanın kansleri Fridrix Mertz rəsmi Moskvanın Ukraynada 30 günlük atəşkəs barədə təklifləri rədd edəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaların kəskinləşdiriləcəyini bəyan edib.
Yenixeber.org: Bu barədə o, “Bild” qəzetinin jurnalistinə Kiyevdə verdiyi müsahibədə bildirib.
“Biz Amerika hökuməti, eləcə də, Donald Trampla razıyıq. Biz 30 günlük atəşkəsə çağırırıq ki, bu müddət ərzində sülh danışıqlarına hazırlaşmaq mümkün olsun”, - deyə Mertz bildirib.
Almaniyalı kansler əmin edir ki, artıq “top meydanın Rusiyaya aid olan tərəfindədir” və seçimi Moskva etməlidir.
Onun sözlərinə görə, əgər Moskva (bu təkliflərə) reaksiya göstərməsə, sülh danışıqlarından imtina etsə, Avropa İttifaqı, Böyük Britaniya və ABŞ buna əlaqələndirilmiş cavab verəcək.
“Ardınca sanskiyalar miqyası baxımından sərtləşdiriləcək, Ukrayna isə miqyaslı yardımı - siyasi, maliyyə, o cümlədən, hərbi yardımları almağa davam edəcək”, - deyə Mertz bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam