Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

MM-də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı təqdim edilir

 

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatı təqdim edilir.

Yenixeber.org xəbər verir ki, hesabat parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

İllik hesabatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov təqdim edir.

Qeyd olunub ki, hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluğunun, Ombudsman Aparatının, Vəkillər Kollegiyasının, beynəlxalq təsisatların, 20 qeyri-hökumət təşkilatının, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb.

Həmçinin bildirilib ki, aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə görülən tədbirlərlə müvafiq sahədə əməliyyat şəraitinə davamlı nəzarət, risk qrupuna aid şəxslərin sözügedən cinayətlərdən müdafiəsi təmin olunub, qurbanlar fiziki, psixoloji və sosial reabilitasiya tədbirləri ilə tam əhatə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam