Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb- FOTOLAR

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 13-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri həmkarını salamlayıb və onu bir daha ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və inkişafını müsbət qiymətləndirib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab Y.Gülər göstərilən səmimiyyətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qonaq hərbi əlaqələrimizin möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin və bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.

Görüşdə həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam