Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

KİV: Fransa əlcəzairli diplomatların və dövlət məmurlarının ölkəyə girişini çətinləşdirib

 

Fransa əlcəzairli diplomatların və dövlət məmurlarının ölkəyə girişini çətinləşdirərək onları viza almağa məcbur edir.

Yenixeber.org xəbər verir ki, bu barədə şənbə günü “franceinfo” radiostansiyası Milli Polis Baş İdarəsinin (DGPN) qərargahına istinadən məlumat yayıb.

"Diplomatik və ya xidməti pasportu olan bütün Əlcəzair vətəndaşları Fransanın xarici sərhədlərini keçmək üçün mütləq vizaya malik olmalıdırlar", - DGPN-in yeni göstərişində bildirilib.

Xatırladaq ki, Əlcəzair hökumətinin ölkəyə müvəqqəti göndərilmiş 15 fransız dövlət məmurunun ölkədən çıxarılması qərarına cavab olaraq Paris də əlcəzairli diplomatların ölkədən çıxarılması barədə qərar qəbul edib. Bununla belə, Fransa Xarici İşlər Nazirliyi ölkədən çıxarılacaq əlcəzairli diplomatın sayını dəqiqləşdirməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam