Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

İki helikopter toqquşub -3 nəfər ölüb

ABŞ-da iki helikopter toqquşub, 3 nəfər ölüb
ABŞ-ın Oreqon ştatında iki helikopterin havada toqquşması nəticəsində üç nəfər həyatını itirib.

Yenixeberorg.az: Bu barədə Yamxill dairəsi şerifinin ofisi məlumat yayıb.

Hadisə oktyabrın 29-da yerli vaxtla saat 14:10 radələrində Makminvill şəhərinin şimalında, Amity-Dayton avtomobil yolu ilə Krinkşenk yolunun kəsişməsi yaxınlığında baş verib. Şahidlər iki helikopterin havada toqquşduğunu bildiriblər.

Hüquq-mühafizə orqanları və təcili tibbi yardım əməkdaşları “Robinson R22” helikopterində iki, “Airbus” helikopterində isə bir nəfərin olduğunu müəyyən ediblər. Hər üç şəxs hadisə yerində həyatını itirib.

Məlumata görə, “Robinson R22” helikopterində Texas ştatından olan təlimatçı pilot və onun Böyük Britaniyadan olan tələbəsi, digər helikopterdə isə 38 yaşlı yerli sakin olub.

Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmanı ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası aparır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam