Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək- FOTO

 

İyunun 1-də Şuşada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

Yenixeber.org: Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər. 

Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.
Konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin 300 üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara təqdim edəcək. 

Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak edəcəklər.

Layihə çərçivəsində qonaqlar 26 may – 2 iyun tarixlərində ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış olacaqlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam