Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AFFA əməkdaşları Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar- FOTO

 

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları Qazaxıstanda UEFA-nın Təcrübə Mübadiləsi Proqramında (UEFA Club Licensing Exchange Programme) iştirak ediblər.

Yenixeber.org xəbər verir ki, bu, 2024-cü ilin oktyabrında Bakıda keçirilən ilk görüşün davamı olaraq təşkil olunub.

Nümayəndə heyəti Qazaxıstan Futbol Federasiyasının (QFF) inzibati binası və meydançaları, Almatıda yerləşən “Kayrat” klubunun təlim-məşq bazası və Qazaxıstan milli komandasının təlim-məşq mərkəzi ilə tanış olub.

AFFA əməkdaşları QFF-nin Klubların Lisenziyalaşdırılması Departamenti, Yarışların Təşkili, Qadın Futbolu, Həvəskar Futbol və Sosial Məsuliyyət, Texniki Departament, Kütləvi Futbol və digər struktur bölmələrin əməkdaşları ilə görüşlər keçirib, praktiki təcrübə mübadiləsi aparıblar.

Proqramda UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə meneceri Anna Polatovska da iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam