Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dünya çempionatı:Bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulacaq

 

Bu gün Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Yenixeber.org xəbər verir ki, ikinci yarış günündə Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) tatami üzərinə çıxacaqlar.

Paşayev 1/32 finalda Ronald Limanın (Braziliya) müqavimətini qırmağa çalışacaq. Məmmədəliyeva isə eyni raundda Sofiya Asvesta (Kipr) ilə üz-üzə gələcək.

Ötən gün mübarizəyə start verən təmsilçilərimizdən Əhməd Yusifov (60 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarışı mükafatsız başa vurublar.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam