Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Ərdoğan: Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq

 

Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə Böyük Millət Məclisində “Zəfərin adı Türkiyə” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, FETÖ-çülərin Türkiyəni çevirmək istədikləri bataqlıq xalq tərəfindən qurudulub:

“Bir tərəfdə xalqımız qəhrəman şəkildə mübarizə apararkən, digər tərəfdə “artıq gecdir”, “bu, tamaşadır” deyərək xalq arasında çaxnaşma yaratmağa çalışılırdı. “Birindən nur axar, birindən kir” misralarının reallığını həmin gecə gördük. Bütün bu baş verənlər xalqın yaddaşından silinməyib və silinməyəcək. 15 iyul qələbəsinə kölgə salmağa çalışanlar daim utanc hissi ilə xatırlanacaq”.

Türkiyə Prezidenti vurğulayıb ki, Türkiyə tezliklə layiq olduğu yeri alacaq, terrorsuz Türkiyə bölgədə sabitliyin təməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam