Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

İlham Əliyev Xanyurdu kənd sakininə: Daha heç kim bizi bu yerlərdən çıxara bilməz

 

Keçmiş məcburi köçkünlər ən ağır vəziyyətdə yaşayanlardan olub, amma bütün bu otuz il ərzində öz iradəsini göstərərək inanıblar ki, bu tarixi gün gələcək və bu torpaqlara qayıdacaqlar.

Yenixeber.org-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonu Xanyurdu kəndinə köçən ilk sakinlərlə söhbətində deyib.

Dövlət başçısı qeyd edib ki, həm 2020-ci ilin Vətən müharibəsi, həm də 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın şanlı qələbələridir: “Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz”.

Prezident xatırladıb ki, məcbur köçkünlər uzun illər çətin şəraitdə yaşayıb - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə:

“Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun.

İndi siz buraya birinci köçənlərdənsiniz, amma bunun ardı gəlir. Bir, bəlkə də bir neçə aydan sonra burada, hər iki kənddə yəqin ki, minlərlə insan yaşayacaq. Dövlət bütün şəraiti yaradıb - evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Yəni, yenə də deyirəm, siz buna layiqsiniz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam