Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Balıqların kütləvi ölümünün ilkin səbəbi AÇIQLANDI

baliqlarin-kutlevi-olumunun-ilkin-sebebi-aciqlandi

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı açıqlama yayıb. 

Yenixeber.org: Nazirlikdən verilən məlumatda bildirilir ki, Cəlilabad rayonunun Pərdi kəndində yerləşən və kənd əhalisinin ümumi  təsərrüfat məqsədləri üçün istifadə olunan, yağış suları ilə qidalanan, təxminən 40-50 sm dərinliyə malik göldə balıqların kütləvi tələf olması faktı qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ölmüş balıqlar arasında əsasən Daban balığı (Carassius carassius) və Çapaq (Rutilus rutilus) növlərinin olduğu müəyyən edilib. Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, eləcə də ölmüş balıqlara pataloji yarma əməliyyatları aparılıb.

Nümunələrin götürülməsi zamanı göldə suyun temperaturu 34°C qeydə alınıb. İlkin ehtimallara görə, balıqların kütləvi tələf olmasına səbəb kimi havaların kəskin istiləşməsi fonunda su hövzəsində oksigen çatışmazlığı göstərilir. Bu vəziyyət xüsusilə dayaz və durğun sular üçün xarakterik olub, balıqların həyatı üçün ciddi risk yarada bilər.

Araşdırmalar davam etdirilir və laborator nəticələr əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam