Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

“Range Rover”in sürücüsü yolun ortasında digər sürücüyə ailəsinin gözü qarşısında hücum etdi-FOTOLAR

media-qq

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Bakıxanov Ticarət Mərkəzinin yaxınlığında xoşagəlməz insident baş verib.

media-71

Yenixeber.org: Məlumata görə, İbrahimov Ramiz Rasim oğlu Ford Fusion markalı, 77-SR-339 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən, sağ tərəfdən ötmə əməliyyatı etməyə çalışan və ara məsafəsini gözləməyən qara rəngli Range Rover markalı avtomobil ilə toqquşma yaşanıb. Qəza nəticəsində nəqliyyat vasitələrində ciddi xəsarət qeydə alınmasa da, hadisə daha təhlükəli bir vəziyyətə çevrilib.

Hadisədən dərhal sonra Range Rover-in sürücüsü avtomobili ilə Ramiz İbrahimovun avtomobilinin qarşısını kəsərək, yanında olan sərnişinlə birlikdə onu hədəfə alıb, fiziki təzyiq göstərib və qeyri-etik ifadələrlə təhqir edib. Daha da təəssüf doğuran məqam isə budur ki, bütün bu hadisələr Ramiz İbrahimovun avtomobilində olan ailə üzvlərinin, o cümlədən azyaşlı uşağın gözü qarşısında baş verib.

Bu kimi halların nəqliyyatda yol hərəkəti təhlükəsizliyi ilə yanaşı, psixoloji və sosial fəsadlara səbəb olması danılmazdır. Azyaşlıların gözü qarşısında baş verən aqressiya və zorakılıq halları cəmiyyətə zərərli nümunə olmaqla yanaşı, uşaq psixologiyasına da mənfi təsir göstərir.(patrulaz.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam