Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Prezidentin köməkçisi Bakının Rusiya-Ukrayna danışıqları üçün platforma olacağı məsələsinə münasibət bildirib

 

“Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”.

Yenixeber.org-un xəbərinə görə, bu açıqlamanı “Berliner Zeitung” nəşrinə müsahibəsi zamanı Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Rusiya ilə Ukrayna arasındakı danışıqlar üçün platforma ola biləcəyi ilə bağlı sualı cavablandıran zaman verib.

“Bakı artıq bütövlükdə Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar baş tutub. Suriya və İsrail arasındakı müzakirələr də Bakıda keçirilib. Rusiya və ABŞ da raket əleyhinə müdafiə məsələsi ilə bağlı strateji danışıqlarını Bakıda aparıblar. Son vaxtlarda Bakıda digər diplomatik tədbirlər keçirilib. Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam