Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Liderlər görüşdü -FOTO

Ərdoğanla Kasım-Jomart Tokayevin görüşü başlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya rəsmi səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Prezident sarayında təntənəli mərasimlə qarşılayıb.

Yenixeber.org: Rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər təqdim olunub, 21 yaylım top atəşi açılıb.

Tokayev, Mühafizə Alayının fəxri qarovulunu “Merhaba əsgər” deyərək salamlayıb. Liderlər qarşılıqlı olaraq nümayəndə heyətlərini təqdim etdikdən sonra media qarşısında əl sıxaraq foto çəkdiriblər.

Prezidentlər təkbətək görüşdən sonra Türkiyə–Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasına birgə sədrlik edəcəklər. Görüşlərdən sonra imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək. Prezident Ərdoğan həmçinin Tokayevin şərəfinə rəsmi ziyafət verəcək və ona Türkiyə Cümhuriyyəti Dövlət Ordeni təqdim edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam