Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Baş nazir: "2022-ci ildən etibarən Orta Dəhlizdə 90 % artıma nail olmuşuq"

 

Azərbaycan 2022-ci ildən etibarən Orta Dəhliz vasitəsilə yüklərin həcmində təxminən 90 % artıma nail olub, dəhliz boyunca tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb.

Yenixeber.org xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında bildirib.

"Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə mühüm töhfə verən ölkədir. Xəzər dənizində 50-dən çox gəmidən ibarət ən böyük ticarət donanması, hazırda 10 gəmi istehsal edən gəmiqayırma zavodu, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük hava karqo şirkəti və bir çox digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Nümunə olaraq, Çinin bir sıra şəhərlərindən konteyner blok-qatarlarının Bakıya cəmi 10-12 günə çatması Orta Dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyətini vurğulayır",- deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam