Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Rusiya Ukrayna ordusunun mövqelərinə zərbələr endirib -Ölən və yaralananlar var

 

Çərşənbə axşamına keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun Quru Qoşunlarının təlim bölmələrindən birinə raket zərbəsi endirməsi nəticəsində 1 hərbçi həlak olub, 11 hərbçi yaralanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının bəyanatında deyilir.

"Bu gecə Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, 1 hərbçi həlak olub, 11 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Daha 12 hərbçi akustik travma və kəskin stress şikayətləri ilə tibbi yardım üçün müraciət edib”, - məlumatda deyilir.

Hadisə yerində fövqəladə hallar üzrə yardım xidmətləri işləyir. Yaralılara təcili olaraq bütün lazımi tibbi yardım göstərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam