Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi-FOTO


Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti 160 nəfərlik rəhbər heyətin iştirakı ilə 23–24 avqust tarixlərində Şuşa şəhərində “timbildinq” formatında genişmiqyaslı tədbir keçirib.

Yenixeber.org: “Dəyərlərimizin izi ilə” adlı tədbirin əsas məqsədi şirkətin rəhbər prinsipləri olan birlik və bütövlük, təşəbbüskarlıq, məsuliyyət, ədalət və etibarlılıq kimi dəyərləri möhkəmləndirmək, komandadaxili həmrəyliyi artırmaq və gələcək fəaliyyətə motivasiya qazandırmaq olub.

23 avqust tarixində səhər saatlarında Şuşaya doğru yola düşən iştirakçılar üçün səfər zamanı interaktiv oyunlar təşkil olunub. Şuşaya çatdıqdan sonra mədəni tur proqramı çərçivəsində Mərkəzi meydan, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalasının divarları və Cıdır düzü ziyarət edilib.

Axşam saatlarında keçirilən qala gecəsinin açılışını Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov edib, komandaya öz xoş sözlərini çatdırıb.


Gecədə tanınmış ifaçılar vətənpərvər repertuarla çıxış ediblər. Proqramın ikinci hissəsində “stand-up” ustası Fəqan Məmmədov səhnəyə çıxıb, tədbir DJ performansı ilə başa çatıb. Gecədən sonra iştirakçılar üçün müxtəlif stolüstü və interaktiv oyunlar təşkil olunub.

24 avqust tarixində isə Xankəndi turu çərçivəsində şəhərin müxtəlif tarixi məkanları ziyarət olunub, Qarabağın mədəni irsi və təbiəti ilə yaxından tanışlıq təmin edilib.

İki gün davam edən tədbir rəhbər heyət üçün həm mənəvi, həm də komanda ruhunu gücləndirən önəmli bir platforma kimi yadda qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam