Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb —FOTOLAR

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2025-ci ildə ali məktəblərə qəbul olunmuş şəhid övladları ilə görüşüb. 
Yenixeber.org: Görüşdə Vətən Müharibəsi qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun övladı – Cəbrayılov Rahim, 3-cü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni ilə təltif olunmuş şəhid Ağayev Ramilin övladı – Ağazadə Zəhra, həmçinin 3-cü dərəcəli “Rəşadət” ordenli şəhid Zakirov Elvinin övladı – Zakirova Yağmur iştirak edib. 
Zakir Fərəcov şəhid övladlarını təbrik edib, gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb. 
Zakir Fərəcov bildirib ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, şəhid ailələrinə, qazilərə və onların övladlarına xüsusi diqqət göstərilir. 
Sumqayıtda şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların gənc nəslinin cəmiyyətə faydalı vətəndaş kimi formalaşması üçün gələcəkdə də bütün zəruri dəstək göstəriləcək. 
Şəhid övladları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam