Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Rektorun deputat oğlu atasının dediklərini təkzib etdi - "Atam işə çıxır"

Rektorun deputat oğlu atasının dediklərini təkzib etdi - "Atam işə çıxır"

Ötən gün Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin işə çıxmadığına dair xəbər yayılıb.

Yenixeber.org: Belə ki, universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb.

O mətbuata açıqlamasında universiteti "uşaqlar"ının idarə etdiyini söyləsə də, kimin idarə etdiyini açıqlamayıb.

Sosial mediada isə universiteti onun oğlu 20 saylı Nərimanov ikinci seçki dairəsindən VII çağırış Milli Məıclisə deputat seçilən Samir Vəliyevin idarə etdiyi ilə bağlı məlumat yayılıb.

Ə.Vəliyevin deputat oğlu Samir Vəliyevlə əlaqə saxlayıb.

Samir Vəliyev bildirib ki, universitetdə ümumi idarəetməni atam həyata keçirir:

“Atam açıqlamasında deyib ki, işə çıxıram, ümumi idarəetməni isə rektor olaraq Əhməd müəllim həyata keçirir.”

O qeyd edib ki, universitet təkcə rektordan ibarət deyil – burada struktur bölmələri, dekanlıqlar, kafedralar mövcuddur:

“Hər kəs öz səlahiyyət və məsuliyyəti çərçivəsində fəaliyyət göstərir. Mən həm kafedra müdiri, həm də universitetin İdarəetmə Şurasının sədri kimi fəaliyyət göstərirəm”,- deyə o bildirib.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam