Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Müəllimlərin maaşına əlavələr edilir -RƏSMİ

 

“Sertifikasiya prosesi 2022-ci ildən etibarən başlayıb və bu il də davam etdirilir. Bu il ilk dəfə təxminən 2 000 yeni fənn müəllimi həmin prosesə cəlb olunub”. 

Yenixeber.org xəbər verir ki, bu fikirləri Real TV-nin efirində yayımlanan “Real İntervyu” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov səsləndirib.

Onun sözlərinə görə, müəllimlərin əksəriyyəti bu mərhələdən uğurla keçib və 15 sentyabrdan etibarən onların əməkhaqlarına əlavələrin ödənilməsinə başlanılıb:

“Ümumilikdə, əməkhaqqı diferensial qaydada, artımla ödənilən müəllimlərin sayı 70 000-i keçərək təxminən 73 000-ə çatacaq. Hazırda uğurla keçən namizədlərin müsahibə mərhələsi başlamaq üzrədir. Bu həftə müəllimlər müsahibə mərhələsinə dəvət ediləcək və proses oktyabr ayının sonuna kimi başa çatdırılacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam