Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Paşinyan Putinlə görüşmək istəyir

Paşinyan Putinlə görüşmək istəyir

Sentyabrın 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə dialoqunu dəyərləndirərək, rusiyalı tərəfdaşlarla etimad münasibətlərinin vacibliyini vurğulayıb.

Yenixeber.org: Məlumata görə, Paşinyan “Mülki Müqavilə” Partiyasının qurultayında deyib: “Mən Rusiya prezidenti ilə apardığımız dialoqu yüksək qiymətləndirirəm, bu, çox vacibdir”.

O əlavə edib ki, Rusiya ilə etimada əsaslanan münasibətlər çoxsaylı potensial problemlərin həllində mühüm rol oynayır. Paşinyan hesab edir ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin transformasiyası müsbət nəticələr verir.

Qeyd edək ki, Ermənistanın baş naziri yaxın günlərdə Moskvaya gedəcək. Sentyabrın 26-30-da Moskvada “Ümumdünya Atom Həftəsi” keçiriləcək və bu tədbirdə öz dövlətlərində nüvə proqramlarını inkişaf etdirən müxtəlif ölkələrin liderləri iştirak edəcəklər. Nikol Paşinyanın orada Rusiya prezidenti Vladimir Putinlə ayrıca görüş keçirəcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam