Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda yaşayış binasında yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib -44 sakin təxliyə olunub

 

Bu gün səhər saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar FHN-nin 112 qaynar xəttinə çağırış daxil olub. Çağırışla əlaqədar hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə qüvvələri və texnikaları cəlb edilib. Binanın şaxtasından 22-ci mərtəbəsinədək şaxta naqilləri yanıb, yanğın məhdudlaşdırılıb.

Yenixeber.org xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğındöndürmə Qərargahının əməliyyat növbətçisinin köməkçisi, polkovnik-leytenant Elxan Bədəlov bildirib. Qeyd olunub ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Binanın 12-si azyaşlı olmaqla, 44 sakini xilas edilib.

FHN təmsilçisi bildirib ki, hadisə zamanı 4 nəfərin tüstüdən zəhərlənməsi ilə bağlı təcili tibbi yardıma müraciət edib.

Yanğının baş vermə səbəbi araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam