Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ukrayna - Azərbaycan oyununun hakimi daha əvvəl "Qarabağ"ın avrokubok matçını idarə edib-FOTO

 

Avstriyalı FIFA referisi Sebastyan Qishamer üçüncü dəfə Azərbaycan komandasının matçını idarə edəcək.

Yenixeber.org-un məlumatına görə, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna - Azərbaycan görüşünə təyinat alan hakim daha əvvəl "Qarabağ" klubunun və U-21 millisinin oyununda iş başında olub.

Bu gün 37 yaşını qeyd edən ədalət təmsilçisi 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında söz sahibi olub. Həmin görüş çexlərin 5:0 hesablı qələbəsi ilə bitib.

Qishamer daha sonra, 2023-cü ildə "Qarabağ"ın səfər qələbəsinə şahidlik edib. Həmin vaxt Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində İsveçin "Hakken" klubunu minimal hesabla üstələyib - 1:0.

Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində start götürəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam