Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Hakan Fidan Ceyhun Bayramovla TRIPP-ın icrası üzrə çərçivə sənədi ilə bağlı iki saat müzakirə aparıb-FOTO

 

Zəngəzur dəhlizi Orta Dəhliz baxımından, eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması baxımından əhəmiyyətlidir.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.

Hakan Fidanın sözlərinə görə, Türkiyə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını istəyir.

XİN rəhbəri Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq niyyətində olduğunu vurğulayıb: “Bunun üçün həm Azərbaycan, həm Türkiyə, həm də Ermənistanda lazım olan iradə var”.

Hakan Fidan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdiklərini qeyd edib. O əlavə edib ki, çərçivə sənədi ilə bağlı Türkiyə Prezidenti də məlumatlandırılıb: “Ermənistan xarici işlər nazirinin Vaşinqtona səfəri zamanı TRIPP-lə bağlı çərçivə sənədi dərc olundu. Biz bu məsələ ilə bağlı dəyərli həmkarım Ceyhun Bayramovla iki saat müzakirə aparmışıq. Bizim üçün Azərbaycan tərəfinin perspektivi önəmlidir. Prezident Ərdoğan da bununla bağlı məlumatlandırılıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam