Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Gültəkin Hacıbəyli barədə qərar verildi

Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli barədə qərar verdi

“Artıq iki aya yaxındir ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İdarə Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib”.
Yenixeber.org: Bunu sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli sosial şəbəkədə yazıb.

G.Hacıbəylinin sözlərinə görə, bu gün Ankara İdarə Məhkəməsi onun üzərinə qoyulmuş G-82 kodunun götürülməsi ilə bağlı müraciəti əsasında İstanbul Valiliyinə sorğu göndərib. 
“G-82 kodu mənim guya hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib”, - G.Hacıbəyli əlavə edib.
O, Türkiyə MİT başqanı İbrahim Kalına müraciət edib. Bildirib ki,  İstanbul Valiliyi Köç İdarəsi Ankara İdarə Məhkəməsinin sorğusuna verdiyi cavabda göstərib ki, onlar Türkiyə MİT-nin 19.11.2025 tarixli 197899223 saylı yazısına əsasən bu kodu onun üzərinə qoyublar.
“Bu koda əsasən mənim Türkiyə dövlətinin təhlükəsizliyi üçün təhlükə yaratdığım bildirilir”.

G.Hacıbəyli İbrahim Kalını MİT adından İstanbul Valiliyinə verilmiş məlumatın əsassız olduğunu nəzərə alaraq, onun geri götürülməsinə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam