Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir - FOTO

 

Rusiya ordusunun tərkibində Ukraynada döyüşmüş soydaşımız Ruslan Şakiroviç Aslanov ictimaiyyətdən yardım istəyir.

Yenixeber.org xəbər verir ki, müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissədə aldadılaraq müqaviləli xidmət imzaladığını deyən soydaşımız Ukraynada döyüşmək üçün Rusiya ordusunun 41772 nömrəli hərbi hissəsinin 128-ci briqadasının 1-ci batalyonunda müddətdən artıq xidmət keçməyə məcbur olub. O, hərbi birlikdə "Qroza" ləqəbli komandrinin onu öldürməklə hədələdiyini bildirib. 

Bu səbəbdən Ruslan Aslanov hərbi hissənin ərazisini tərk edərək adı açıqlanmayan ərazidə gizlənir. O 1 ildən çoxdur ki, qaçaq həyatı yaşayır və bu müddət ərzində ona qarşı "fərarilik" ittihamı ilə Rusiya prokurorluğu cinayət işi açıb. 

Ruslan Aslanov hüquq-mühafizə orqanlarına təslim olmağa hazır olduğunu, amma ona təhlükəsizlik təminatının verilməsini xahiş edir. 

"Məni Rusiya Ordusundakı hərbi hissəmi tərk etməkdə ittiham edirlər. Hərbi hissəni tərk etməyimin səbəbi öz komandirlərimin məni öldürmək istəməsidir. Amma məsələ burasındadır ki, özüm üçün müqavilə imzalamamışam. Hərbi xidmətdə olarkən aldadılmışam. Bir ildir ki, həqiqəti üzə çıxarmağa çalışıram. Appelyasiyamdan sonra Müdafiə Nazirliyi və FXT-nin bütün günahkarları saxladığına dair bütün dəlillərim var, amma mən hələ də qaçaq hesab olunuram. İmkanınız və ali orqanlarla əlaqələriniz varsa, mənə kömək etməyinizi xahiş edirəm. İstintaqla əməkdaşlıq etməyə hazıram və heç yerdə gizlənmək istəyim yoxdur", - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam