Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır -YENİLƏNİB

 

Yol-nəqliyyat hadisəsində xəsarət alan Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun vəziyyəti həkimlərdə narahatlıq doğurmur.

Yenixeber.org xəbər verir ki, bu barədə Rusiyanın Azadlıq radiosu öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, qəza nəticəsində xəsarət alan Adam Kadırovun Moskvaya aparılması üçün təyyarə uçuşa hazırlanır. Eyni zamanda, Qroznı şəhərində yerləşən respublika xəstəxanasına yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan digər şəxslər də çatdırılıb. Lakin onların sayı və xəsarətlərinin ağırlıq dərəcəsi barədə dəqiq məlumat verilməyib.

Məlumata əsasən, 18 yaşlı Adam Kadırovun olduğu avtomobil kortejin önündə hərəkət edib. Avtomobili Adam Kadırovun özünün idarə etdiyi bildirilir. Mənbə qeyd edib ki, nəqliyyat vasitəsi hərəkət zamanı idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Azadlıq radiosunun "Kavkaz.Realii" redaksiyasına danışan digər mənbənin sözlərinə görə, Adam Kadırovun huşu artıq yerinə gəlib və hazırda həkimlərin müşayiəti ilə Qroznı hava limanındadır. Bildirilib ki, onun vəziyyəti qənaətbəxşdir.

Yenilənmiş məlumatda bildirilib ki, Qroznıdan Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus və “uçan hospital” kimi istifadə olunan An-148-100EM təyyarəsi havaya qalxıb.

Xatırladaq ki, daha əvvəl cümə günü Adam Kadırovun yol-nəqliyyat hadisəsindən sonra Qroznıdakı yeni respublika xəstəxanasına ağır vəziyyətdə çatdırıldığı bildirilmişdi.

***

Çeçenistan rəhbərinin oğlu Adam Kadırov yol-nəqliyyat hadisəsindən sonra Qroznıda xəstəxanaya yerləşdirilib.

Bu barədə "Kavkaz.Realii" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Kadırovun yerləşdirildiyi xəstəxanaya gedən yollar bağlanıb.

Qeyd olunur ki, Adam Kadırovun korteji yüksək sürətlə, avtomobillər ard-arda hərəkət edərkən qəfil maneə ilə üzləşib.

Nəticədə avtomobillər bir-birinə çırpılıb. Xəsarət alanların digər şəxslərin də olduğu vurğulanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam