Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi -VİDEO

 

Yanvarın 19-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2025-ci ildə xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Yenixeber.org xəbər verir ki, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial və maddi-texniki təminatının, xidmət şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərdiyini vurğulayıb.

Sonra daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti fəaliyyətin yekunları barədə məruzə ilə çıxış edib.

Bildirilib ki, hesabat ilində Daxili Qoşunlar qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə icra edib. İşğaldan azad edilmiş ərazilərdə mühafizə tədbirləri, minalanmış sahələrə keçmələrin qarşısının alınması istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyıb.

Məruzələrdə şəxsi heyətin döyüş, fiziki və ixtisas hazırlığının, idarəetmə və qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən xüsusi-taktiki təlimlərin həm Daxili Qoşun hissələrinin, həm də polis orqanlarının birgə fəaliyyətinin səmərəliliyini daha da artırdığı diqqətə çatdırılıb.

V.Eyvazov ötən hesabat ilində DİN-in Daxili Qoşunlarının fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışaraq konkret tapşırıq və tövsiyələrini verib. Eyni zamanda əmin olduğunu bildirib ki, şəxsi heyət qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam