Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

İlham Əliyev Davosda daha bir görüş keçirdi -FOTO

İlham Əliyev Davosda daha bir görüş keçirdi

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.

Yenixeber.org: Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “BlackRock” arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olundu.

 Dövlətimizin başçısının Davosa səfəri çərçivəsində Dövlət Neft Fondu ilə “BlackRock” və bu şirkətin tərkibinə daxil olan, qlobal infrastruktur investisiya idarəetmə şirkəti olan “Global Infrastructure Partners” arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının əhəmiyyətinə toxunuldu. Sənəd mövcud əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davam etdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur. Niyyət protokoluna əsasən, ARDNF-in “GIP” tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Azərbaycanda regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanlarının dəyərləndirilməsi, hava limanı infrastrukturu sahəsində “Global Infrastructure Partners”in əməliyyat və idarəetmə təcrübəsi nəzərə alınmaqla tərəfdaşlığın perspektivlərinin araşdırılması nəzərdə tutulur.

 Qeyd edək ki, Azərbaycanda və ya ölkəmizlə əlaqəli infrastruktur aktivlərinə dair investisiya imkanlarının dəyərləndirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Niyyət protokolu Dövlət Neft Fondunun qlobal investisiya ekosistemində mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da genişləndirilməsinə və Azərbaycanın strateji əhəmiyyətli infrastruktur sahələrində uzunmüddətli investisiya imkanlarının formalaşdırılmasına töhfə verəcək.

 Görüşün sonunda Azərbaycan Prezidentinin iştirakı ilə niyyət protokolunun mübadiləsi mərasimi oldu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam